Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qəbələli fermerlər bu il 3838 ton tərəvəz istehsal ediblər

Qəbələ, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun torpaq mülkiyyətçiləri builki mövsümdə 408 hektar sahədə tərəvəz yetişdiriblər. Təsərrüfatlarda tərəvəz məhsullarının yığımı artıq başa çatıb. Fermerlər bu il 3 min 838 ton tərəvəz istehsal ediblər. Hər hektarın orta məhsuldarlığı 94,1 sentner olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, rayonda kartof yığımı da başa çatmaq üzrədir. Bu il rayonda 520 hektar sahədə kartof əkilib. İndiyədək 503 hektarın məhsulu yığılıb, 4 min 693 ton kartof tədarük olunub.
Bundan əlavə, torpaq mülkiyyətçiləri indiyədək 421 hektar üzüm bağından 1609 ton məhsul toplayıblar. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 446 ton çoxdur. Təsərrüfatlarda üzüm yığımı davam edir.
Yaxın günlərdə rayonda şəkər çuğunduru yığımına da başlanılacaq.

Kənd təsərrüfatı 2019-10-07 18:51:00