Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Ümumdünya kosmos həftəsi” çərçivəsində tələbələr üçün ekskursiya

Bakı, 7 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin Astrofizika kafedrasının müdiri vəzifəsini icra edən, dosent Kəmalə Alışeva və kafedranın müəllimi Zəminə Əliyevanın rəhbərliyi ilə fakültənin II kurs tələbələri “Ümumdünya kosmos həftəsi” çərçivəsində AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olublar.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin müdiri, dosent Bayram Rüstəmov tələbələrə rəsədxananın strukturu və burada aparılan elmi tədqiqat işləri barədə məlumat verib.
Sonra planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri Ədalət Ətayi “Astronomiyanın tarixi” mövzusunda məruzə ilə çıxış edib.
ŞAR-ın elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov ŞAR-ın 2 metrlik teleskopu və istifadə olunan astronomik cihazlar barədə danışıb.
Daha sonra tələbələrin sualları cavablandırılıb.

Elm və təhsil 2019-10-07 18:50:00