Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 7 oktyabr, AZƏRTAC

Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilmiş 2007-2008-ci il təvəllüdlü yeniyetmələr arasında boks üzrə şəhər birinciliyi keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə 110-dan artıq idmançı qalib adı uğrunda mübarizə aparıb.
Yarışda Nihad Daşdəmirov (26 kq), Harun Süleymanov (28 kq), Nihad Qasımov (30 kq), Ağarəhim Səfərov (32 kq), Nurlan Vahidli (32 kq), Akşin Əlizadə (34 kq), Sübhan Babayev (34 kq), Əziz Abdullayev (35.5 kq), Nurlan Hacızadə (35.5 kq), Ayxan Məmmədzadə (37 kq), Həsən Əbdüləliyev (38.5 kq), Rəsul Əbilov (40 kq), Tofiq Zairov (41.5 kq), Kənan Aslanlı (43 kq), Eldar Abdullazadə (46 kq), Fikrət Xudiyev (48 kq), Amin Məmmədzadə (50 kq), Raul Musayev (52 kq), Eşqin Səfərli (59 kq) və Ramazan Həmidov (59 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışın qalib və mükafatçıları Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal və hədiyyələri ilə təltif olunublar.

İdman 2019-10-07 18:10:00