Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qətərdə atletika üzrə dünya çempionatına yekun vurulub

Bakı, 7 oktyabr, AZƏRTAC

Qətərin paytaxtı Dohada keçirilən atletika üzrə dünya çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, mundialda ölkəmizi baş məşqçi Bəhruz Salehlinin rəhbərliyi altında Nazim Babayev, Aleksis Kopello (üçtəkanla tullanma), Anna Skidan (çəkicatma) və Evans Kiplaqat (marafon) təmsil ediblər. Lakin idmançılarımız çempionatda mükafatçılar sırasına düşə bilməyiblər.
Dünya çempionatında kişilər arasında marafon yarışında efiopiyalı atlet Lelisa Desisa, qadınların mübarizəsində isə keniyalı Rut Çepnqetiç bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyd edək ki, mundialda 209 ölkədən 1928 idmançı iştirak edib. Bu atletlərin 1039-u kişi, 889-u qadın olub.

İdman 2019-10-07 17:52:00