Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Radiasiya Problemləri İnstitutunda makedoniyalı alimlərlə əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 7 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) makedoniyalı alimlərlə görüş keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qonaqlara elmi müəssisənin tarixi, tədqiqat istiqamətləri, əldə olunan nəticələr, həmçinin beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib.
Sonra Makedoniyanın Mədəni İrsin Qorunması üzrə Milli İnstitutunun əməkdaşları - Sanja Velkovska və Lule Prusi təmsil etdikləri elmi müəssisənin fəaliyyətindən bəhs ediblər.
Qonaqlar RPİ-nin laboratoriyaları ilə tanış olublar. Onlara institutda fəaliyyət göstərən arxeoloji tapıntıların tarixləndirilməsi qrupu tərəfindən laboratoriyada yaş təyini istiqaməti üzrə aparılan tədqiqatlar və cihazlar haqqında geniş məlumat verilib.
Daha sonra əməkdaşlıq məsələləri müzakirə olunub.

Elm və təhsil 2019-10-07 17:50:00