Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gənclər arasında ağır atletika üzrə Avropa birinciliyində ölkəmizi 9 idmançı təmsil edəcək

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 17-dən 27-dək Rumıniyanın paytaxtı Buxarestdə 20 və 23 yaşadək gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar.
Baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55kq), Rüstəm Qasımov (67 kq), Tarmenxan Babayev (96 kq), Əliş Nəzərov (109 kq), İsmayıl Qurbanov (109 kq-dan yuxarı), Mərziyyə Məhərrəmova (49 kq), Məhəmməd Məmmədli (67 kq), Elşad Şərifov (73 kq) və Kənan Əliquliyev (81 kq) körpücük üzərinə çıxacaqlar.
Beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov ölkəmizi hakim qismində təmsil edəcək.

 

İdman 2019-10-07 17:46:00