×
A
A
A
Sazlamalar

2019-cu il tibb sahəsi üzrə Nobel mükafatı laureatlarının adı elan olunub

Stokholm, 7 oktyabr, Rauf Əliyev, AZƏRTAC

İsveçdə tibb sahəsi üzrə 2019-cu il Nobel mükafatının sahibləri elan edilib. Stokholmda xüsusi təşkil olunmuş tədbirdə bu mükafata ABŞ və Britaniya alimləri Villiam Kaelin, Peter J.Ratcliff və Qreqq L.Semenzanın layiq görüldüyü elan edilib.
AZƏRTAC xəbər verir ki, alimlər Nobel mükafatına, "Hüceyrələrin özlərini necə hiss etdiklərini və oksigenin mövcudluğuna uyğunlaşdıqlarını" kəşf etdiklərinə görə layiq görülüblər.

Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Səhiyyə 2019-10-07 13:54:00