Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan qılıncoynadanları “European Cadet Circuit Championships” turnirində qüvvələrini sınayıblar

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycanın yeniyetmə şpaqaçıları Macarıstanın paytaxtı Budapeştdə keçirilən “European Cadet Circuit Championships” turnirində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, yeniyetmə oğlanların şəxsi yarışında Raul Aruslanov 6 görüşdən 2-ni qalib başa vurmaqla pley-off mərhələsinə yüksəlməyi bacarıb. İdmançımız bu mərhələdə İtaliya şpaqaçısı Villiam Davidə 5:15 hesabı ilə uduzub. Qrup mərhələsində 2 qələbə qazanan Nazilə Rəhimova şpaqaçıların şəxsi mübarizəsində pley-offda ukraynalı Polina Kleşovaya 6:15 hesabı ilə məğlub olub. Qrup mərhələsində keçirdiyi 6 görüşdən 1-də qalib gələn Alfiya Abdinova və Azərin İdriszadə isə mübarizəni erkən dayandırıblar.
N.Rəhimova, A.Abdinova və A.İdriszadədən ibarət kollektiv şpaqaçıların komanda yarışında Rusiyanın 3-cü komandasına 26:45 hesabı ilə uduzub.

İdman 2019-10-07 13:47:00