Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın balaca gimnastları Moskvada “GymStar Kids Cup” turnirində uğurla çıxış ediblər

Moskva, 7 oktyabr, AZƏRTAC

Moskvada “GymStar Kids Cup” açıq beynəlxalq gimnastika turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrdən 4-14 yaşlı 100-dən çox gimnastın qatıldığı turnirdə Azərbaycanı 12 idmançı təmsil edib.
Turnirdə azərbaycanlı gimnastların çıxışları böyük maraqla qarşılanıb. “GYM Star Stolitsa” idman klubunun təsisçisi Aleksandra Laçkova turnirin açılış mərasimindəki çıxışında Azərbaycan gimnastlarının yarışlara qatılmasından məmnunluğunu ifadə edərək deyib: “Bilirsiz ki, klubumuzun Bakı bölməsində də balacalar məşq edirlər və müxtəlif yarışlara hazırlaşırlar”.
Yarışlarda uğurla çıxış edən Azərbaycan gimnastları fəxri kürsüdə yer alıblar. Gimnastlarımız Rusiya turnirindən sonra Budapeştdə və Dubayda keçiriləcək yarışlara hazırlaşacaqlar.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İdman 2019-10-07 13:08:00