Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan idmançıları muay-tay üzrə dünya çempionatında yeddi medal qazanıblar

Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan idmançıları Antalyada yeniyetmə və gənclər arasında keçirilən muay-tay idmanının ifma versiyası üzrə dünya çempionatında iki qızıl, bir gümüş və dörd bürünc medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, mundialda Azərbaycan idmançılarından Rəvan Ağazadə (67 kq) və Musa Nuruzadə (51 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rəvan Qasımov (54 kq) isə ancaq finalda uduzaraq gümüş medalla kifayətlənməli olub. Səlahəddin Qocazadə (36 kq), Amin Əlili (38 kq), Murad Nuruzadə (40 kq) və Ayxan Əmrahov (58 kq) isə milli komandamızın aktivinə bürünc medallar yazdırıblar.
Yarışda Azərbaycanı 16 idmançı və 2 hakim təmsil edib. Milli komandamız dünya çempionatında federasiya prezidenti Azər Həsənsoyun və böyük məşqçi Fəxri Əliyevin rəhbərliyi ilə mübarizə aparıb.
Qeyd edək ki, bu nəticə Azərbaycan muay-tayı tarixində ən böyük nəticədir.

İdman 2019-10-07 12:23:00