Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Günəşli qəsəbəsində bəzi abonentlərin təbii qaz təchizatı dayandırılıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da saat 22:00 radələrində “Azəriqaz” İstehsalat Birliyinə Suraxanı rayonu, Günəşli qəsəbəsi, “D” massivi, ev 12, blok 1-dəki bəzi mənzillərdə qaz qoxusunun gəlməsi ilə bağlı məlumat daxil olub. Təhlükəsizlik baxımından gecə saat 02:15-dən etibarən həmin ünvandakı abonentlərin qaz təchizatı dayandırılıb. Qeyd olunan ünvana səhər saatlarından birliyin mütəxəssisləri cəlb olunub, araşdırma aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-10-07 11:19:00