Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan karateçisi beynəlxalq turnirin ikiqat qalibi olub

Bakı, 7 oktyabr, AZƏRTAC
Karate üzrə 16-17 yaşlılardan ibarət Azərbaycan milli komandasının üzvü Polina Qurenko (53 kq) Çexiyanın Plzen şəhərində keçirilən uşaq, yeniyetmə və gənclər arasında 20-ci açıq beynəlxalq turnirdə iki qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, 14-15 yaşlı yeniyetmələr arasında ikiqat Avropa çempionu P.Qurenko həm öz yaş kateqoriyasında, həm də 21 yaşadək idmançılar arasında bütün rəqiblərini məğlub edib.
Beynəlxalq turnirdə 18 ölkədən 921 karateçi iştirak edib.
P.Qurenko oktyabrın sonunda Çilidə dünya çempionatında mübarizə aparacaq. Çexiyada açıq karate kuboku yarışı gənclər arasında dünya çempionatına hazırlıq xarakteri daşıyıb.

İdman 2019-10-07 10:55:00