Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Qarabağ”ın Avropa Liqasında rəqibi olan “Sevilya” səfərdə məğlub olub

Bakı, 7 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 6-da futbol üzrə İspaniya La Liqasının 8-ci turun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, turun sonuncu görüşü “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sevilya” və son çempion “Barselona” komandaları arasında oynanılıb. Görüş “Baraelona”nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Kataloniya təmsilçisinin heyətində Luis Suares, Arturo Vidal, Osman Dembele və Lionel Messi fərqləniblər.
Bu qələbədən sonra xalların sayını 16-ya çatdıran “Barselona” turnir cədvəlində ikinci yerə yüksəlib. “Sevilya” isə 13 xalla 6-cı yerdə qərarlaşıb.

İdman 2019-10-07 04:27:00