Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanlı iqtisadçı alimin məqalələri Rusiyanın elmi jurnalında dərc olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Leyli Allahverdiyevanın Rusiyanın “Fundamental araşdırmalar” (Fundamentalnıye issledovaniya) elmi jurnalında məqalələri dərc edilib.
İqtisadiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, müəllifin “İnformasiya xidmətlərinin liberallığı indeksi” məqaləsində müvafiq xidmətlər sahəsinə dövlətin müdaxilə dərəcəsini qiymətləndirmə metodologiyasını hazırlamaqdan bəhs olunur. Məqalədə bildirilir ki, informasiya xidməti göstərən müəssisələrin fəaliyyətinə dövlətin həddən artıq müdaxiləsi mənfi nəticələrə səbəb ola bilər. Eyni zamanda, informasiya xidmətlərinin mütləq azadlığı həm sahənin özünə, həm də bütövlükdə iqtisadiyyata təhlükə yarada bilər. Buna görə də sahənin inkişafını və ölkənin iqtisadi inkişafının ümumi səviyyəsini yüksəltməyə kömək edəcək məlumat xidmətlərinin lazımi səviyyədə təşkil olunması vacibdir.
Leyli Allahverdiyevanın “Azərbaycanda və Çində şəbəkə hazırlığı indeksinin müqayisəli təhlili” məqaləsi dövlətin xarici ticarət siyasətinin şəbəkə hazırlığı indeksinə təsirinin müəyyənləşdirilməsinə, dövlətin xarici ticarət siyasətindən asılı olaraq Azərbaycanda və Çində bu sahədə baş verən dəyişikliklərin təhlilinə və şəbəkə hazırlığı indeksi ilə ölkənin iqtisadi inkişaf səviyyəsi arasında əlaqələrin qurulmasına həsr olunub.

Elm və təhsil 2019-10-05 18:52:00