×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda “Məşğulluq Akademiyası” layihəsi icra olunacaq

Bakı, 5 oktyabr, AZƏRTAC

Qaradağ rayonunda “Məşğulluq Akademiyası” layihəsi icra ediləcək.
AZƏRTAC xəbər verir ki, rayon gənclərini əhatə edəcək layihənin məqsədi işsiz və iş axtaran vətəndaşların əmək bazarına çıxış imkanlarının artırılması üçün onların yeni peşələrə yiyələnməsinə şərait yaradılmasıdır. Layihəyə iş axtaran və işsiz gənclər müraciət edə bilərlər. Layihə çərçivəsində təlim, ixtisaslaşdırma kursları, şirkətdə təcrübə proqramı keçiriləcək.

 

Sosial 2019-10-05 17:54:00