Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində təlim

Bakı, 5 oktyabr, AZƏRTAC

“Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində Qubada respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən təhsil menecerləri üçün dörd günlük təlim təşkil edilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlim proqramı zamanı iştirakçılara bu qurumun və Təhsil İnstitutunun əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər və icra olunan layihələr haqqında seminarlar keçirilib. Eyni zamanda, təhsil menecerlərinin gələcək fəaliyyət planı üzərində müzakirələr aparılıb.
İştirakçılar Quba rayonunda fəaliyyət göstərən bir neçə ümumi təhsil müəssisəsinə səfər ediblər.

Elm və təhsil 2019-10-05 16:01:00