×
A
A
A
Sazlamalar

Kiçikhəcmli gəmi istifadəçilərinin maarifləndirilməsi işi davam etdirilir

Bakı, 5 oktyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Qaradağ rayonunun Ələt qəsəbəsində maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə iştirak edən istifadəçilərə bu tip gəmilərin təchizatı və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatı və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri naviqasiya cihazları, xilasedici vasitələr və onlardan istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanıb.

 

Sosial 2019-10-05 14:29:00