×
A
A
A
Sazlamalar

Ədliyyə naziri Füzuli rayonunda vətəndaşları qəbul edəcək

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 8-də Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Füzuli rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Füzuli rayonu Muğam Mərkəzində (ünvan: Füzuli rayonu Horadiz şəhəri, Heydər Əliyev prospekti) keçiriləcək qəbulda Füzuli, Beyləqan və İmişli rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Füzuli rayonu Muğam Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Sosial 2019-10-05 14:42:00