Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əməkdar müəllim: Əməyimə verilən bu yüksək qiymət məni daha böyük işlərə ruhlandırır

Bakı, 5 oktyabr, AZƏRTAC 

Müəllim peşəsi çətin və məsuliyyətli bir iş olduğu üçün xalqımız və dövlətimiz ona hər zaman hörmətlə yanaşıb, əməyini uca tutub. Mənim üçün bu addan böyük və şərəfli ad yoxdur. Atam 40 ildən çox müəllim olduğuna görə bu müqəddəs ad bizim ailədə həmişə hörmət və ehtiramla çəkilir. Dövlət başçısının müvafiq Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülməyim, əməyimə verilən bu yüksək qiymət məni daha böyük işlərə ruhlandırır.
Bunu AZƏRTAC-a müsahibəsində M.Şəhriyar adına 193 nömrəli tam orta məktəbin direktoru, dosent, Əməkdar müəllim Rahim Hüseynov söyləyib. O deyib: “Gündən–günə inkişaf edən, yeni zirvələr fəth edən Azərbaycan təhsilinə, doğma məktəbimə bacardığım qədər bütün varlığımla xidmət edəcək və bu adı hər zaman doğrultmağa çalışacağam”.

Elm və təhsil 2019-10-05 11:58:00