Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AzMİU-da Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram konserti keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Musiqi çələngi” adlı bayram konserti təşkil edilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl universitetin rektoru, professor Gülçöhrə Məmmədova 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə pedaqoji heyəti təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” kəlamını xatırladan rektor cəmiyyətdə bu peşə sahiblərinə böyük hörmət və ehtiramın olduğunu qeyd edib.
Universitetin prorektorları da təbriklərə qoşularaq həmkarlarına ən xoş arzularını çatdırıblar.
Bədii hissədə qiraət ustası Pərvanə Talıbova və AzMİU-nun istedadlı tələbələri şeirlər söyləyiblər. VI Muğam Televiziya Müsabiqəsinin Qran-Pri mükafatının qalibi Almaxanım Əhmədli, Ayşən Mehdiyeva, Çilənay Hüseynova isə mahnılar ifa ediblər.

Elm və təhsil 2019-10-05 11:10:00