Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Yaxın Şərq ölkələrinin iqtisadiyyatı” dərs vəsaiti çap olunub

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Şəfəq Abdullayevanın “Yaxın Şərq ölkələrinin iqtisadiyyatı” dərs vəsaiti çap olunub.
ADU-dan AZƏRTAC-a bildirilib ki, Ş.Abdullayeva bundan əvvəl 1 dərslik, 2 dərs vəsaiti, 8 fənn proqramı, 40-a yaxın elmi məqalə və tezisin müəllifidir. Alimin elmi əsərləri Türkiyə, Rusiya, Polşa, Serbiya və s. ölkələrdə dərc edilib.

Elm və təhsil 2019-10-04 11:49:00