Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ölkəmizdə müəllim əməyinin yüksək qiymətləndirilməsi təhsilin inkişafına böyük təkan verir

Bakı, 4 oktyabr, AZƏRTAC
Ölkə rəhbərinin müvafiq Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülməyim 34 illik pedaqoji fəaliyyətimə verilən ən qiymətli mükafatdır. Bunun üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm. Dünən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bir qrup təhsil işçisinin təltif edilməsi çox qürurvericidir. Bu, dövlətimiz tərəfindən təhsil sahəsinin inkişafına verilən ən yüksək dəyər, müəllim əməyinin qiymətləndirilməsinin bariz nümunəsidir
Bunu AZƏRTAC-a müsahibəsində Bakı şəhəri 314 nömrəli məktəbin direktoru Nazir Əliyev söyləyib. O bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə müəllim əməyini yüksək qiymətləndirib. Azərbaycanda təhsil sahəsinin təşəkkülü və inkişafı bilavasitə Ulu Öndərin adı ilə bağlıdır. Hazırda Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkəmizdə müəllim əməyinin yüksək qiymətləndirilməsi təhsilin inkişafına böyük təkan verir. Bunun sayəsində müəllim peşəsini seçənlərin sayı ildən-ilə artır.

Elm və təhsil 2019-10-04 11:25:00