Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Elm” qəzetinin yeni nömrəsi çapdan çıxıb

Bakı, 4 oktyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi bu gün çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəzetin bu nömrəsində Rəyasət Heyətinin iclası, Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimlinin “Azərbaycan muğamı milli və bəşəri identiklik vasitəsi kimi” mövzusunda elmi məruzəsi, AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyevin Türkiyədə beynəlxalq konfransda iştirakı barədə məlumatlar verilib. Bu nömrədə, həmçinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatının ekspertlərinin Geologiya və Geofizika İnstitutuna ezamiyyəti, akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunan yığıncaq barədə məlumatlar oxucuya təqdim edilir.
Bundan əlavə, nəşrdə “Elmin inkişafında silinməz izlər qoymuş alim”, “Fədakar və yorulmaz tədqiqatçı”, “Nəsimi irsi və Azərbaycan ədəbiyyatında hökmdar-sənətkar bağları”, “Milli oyanış hərəkatının fədaisi”, “Böyük alim, gözəl insan”, “Seçilmiş yola sədaqət” sərlövhəli məqalələr yer alıb.
Qəzetdə, həmçinin rus dilində materiallar əksini tapıb.

Elm və təhsil 2019-10-04 11:10:00