Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İsmayıllı Peşə Tədris Mərkəzi Şahdağ Milli Parkı ilə əməkdaşlıq edəcək

Bakı, 3 oktyabr, AZƏRTAC

İsmayıllı Peşə Tədris Mərkəzində “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində Şahdağ Milli Parkının nümayəndə heyəti ilə görüş təşkil olunub.
İsmayıllı Peşə Tədris Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə mərkəzin tələbələrinə Azərbaycanda turizmin inkişafı və Şahdağ Milli Parkı haqqında ətraflı məlumat verilib. Mərkəzin turizm ixtisası üzrə təhsil alan tələbələrinin Şahdağ Milli Parkının ərazilərinə ekskursiyasının təşkil olunması qərara alınıb.
İsmayıllı Peşə Tədris Mərkəzi ilə Şahdağ Milli Parkı arasında qarşılıqlı əməkdaşlıq memorandumunun imzalanması üçün təşəbbüs irəli sürülüb.
Xatırladaq ki, “Qəbələ, Qax və İsmayıllı rayonlarında kənd təsərrüfatı və turizm sahələrində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi Avropa İttifaqı ilə Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşir və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra olunur. Layihənin məqsədi Qəbələ, İsmayıllı və Qax rayonlarında yerləşən 3 pilot peşə məktəbində Almaniyanın duala bənzər peşə təhsili və təlimi yanaşmasının tətbiqi ilə kənd təsərrüfatı və turizm sahələrində peşə təhsili və təliminin cəlbediciliyini artırmaq və əmək bazarına uyğunluğunu təmin etməkdir.

Elm və təhsil 2019-10-03 18:00:00