Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Clarivate Analytics” şirkəti Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təlim təşkil edib

Bakı, 3 oktyabr, AZƏRTAC

AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Clarivate Analytics” şirkəti təlim təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, təlimdə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjinaya “Web of Science” bazasına necə daxil olmaq, mövzulara uyğun jurnalları seçmək, məqalələr qarşısında qoyulmuş tələblər və digər məsələlərlə bağlı ətraflı məlumatlar verib.
Sonra suallar cavablandırılıb.

Elm və təhsil 2019-10-03 17:45:00