×
A
A
A
Sazlamalar

Yasamal rayonu ərazisindəki Zərgərpalan küçəsi təmir edilib

Bakı, 3 oktyabr, AZƏRTAC 

Paytaxtın Yasamal rayonu ərazisindəki Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işləri yekunlaşıb. Təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədilə küçəboyu hər iki tərəfdə piyada səkiləri bərpa olunub, kənarlarına 1500 poqonmetr yeni səki daşları düzülüb. Daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Asfaltlanma işləri ümumilikdə 5 min kvadratmetr sahəni əhatə edib. Bundan başqa, təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılıb, baxış qapaqları yenilənib.
Sonda isə yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə verilib.

Tikinti̇ 2019-10-03 15:43:00