×
A
A
A
Sazlamalar

“YARAT”da musiqili-poetik performans təqdim edilib

Bakı, 3 oktyabr, AZƏRTAC

“YARAT” Müasir İncəsənət Mərkəzində “Verbum est anima” adlı musiqili-poetik performansı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, performans çərçivəsində gənc müəllif və ifaçılar musiqili poetik təqdimatlarla çıxış ediblər.
Müəyyən bir məqamda hər oxucu üçün şair və yazıçı dediyimiz insanların nə gördüyü, nəyi duyduğu və hiss etdiyi maraqlı olur. Bizim üçün adi olan dünyanı onlar necə görürlər və onların daxili aləmi necə qurulub? Bütün bu suallar “Verbum est anima”da cavablandırılıb.

 

Musiqi 2019-10-03 15:16:00