×
A
A
A
Sazlamalar

Nəsimi və Binəqədi rayonlarında bəzi ərazilərin təbii qaz təchizatı dayandırılıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Qaz xətlərində yaranmış sızmaların aradan qaldırılması və sazlama işlərinin aparılması ilə bağlı bu gün səhər saatlarından etibarən Nəsimi rayonu, Ə.Qasımzadə, M.Qaşqay küçələrində, həmçinin Binəqədi rayonu, 1-ci Mədən “10-cu korpus” adlanan ərazidə qaz təchizatı dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-10-03 12:42:00