×
A
A
A
Sazlamalar

Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda neft-kimya elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Əliyeva Leylufər İmran qızı
Hacıyev Arif Şahmalı oğlu
Məmmədbəyli Eldar Hüseynqulu oğlu
Səidova Adilə Atakişi qızı
Süleymanov Samir Süleyman oğlu.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2019-cu il.

Sərəncamlar 2019-10-01 17:43:00