×
A
A
A
Sazlamalar

Buzovna və Bilgəh qəsəbələrinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb

Bakı, 1 oktyabr, AZƏRTAC

Qaz xətlərində sazlama işlərinin aparılması və yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar bu gün səhər saatlarından Xəzər rayonunun Buzovna qəsəbəsinin, həmçinin Sabunçu rayonu, Bilgəh qəsəbəsi və Albalılıq bağlar massivinin bir hissəsinə təbii qazın verilişi dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Neft - qaz 2019-10-01 15:57:00