×
A
A
A
Sazlamalar

Energetika naziri Moskvada bir sıra tədbirlərdə iştirak edəcək

Bakı, 1 oktyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Rusiyada səfərdədir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir P.Şahbazov Rusiyanın Energetika naziri Aleksandr Novakın dəvəti ilə Moskvaya səfər edib. Nazir oktyabrın 3-də Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 21-ci Nazirlər Görüşündə, həmçinin “Rusiya enerji həftəsi” adlı Beynəlxalq Forumda iştirak edəcək.
Energetika nazirinin hər iki tədbirdə çıxışı nəzərdə tutulub.

Neft - qaz 2019-10-01 15:46:00