×
A
A
A
Sazlamalar

Binəqədi-Novxanı yolundakı çökmənin aradan qaldırılması üçün təmir-bərpa işləri görülür

Bakı, 28 sentyabr, AZƏRTAC 

Binəqədi-Novxanı avtomobil yolunda “Azərsu” ASC-yə məxsus su borusunda qəza baş verib. Nəticədə yolun hərəkət hissəsi 5 metr diametrində çöküb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, dərhal ərazi AAYDA-nın yolların mühafizə xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, hərəkətin təhlükəsizliyinin təmin olunması üçün işlər aparılıb. Qəzanın aradan qaldırılması məqsədilə əraziyə aidiyyəti qurumun əməkdaşları və texnikası cəlb olunub.
Hazırda qəzanın aradan qaldırılması üçün təmir-bərpa işləri aparılır.

Tikinti̇ 2019-09-28 18:17:00