Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru xanım Kristalina Georgiyevaya

Hörmətli xanım Georgiyeva,

Beynəlxalq Valyuta Fondunun Sərəncamçı direktoru vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara Beynəlxalq Valyuta Fondunun dəstəyini məmnunluqla qeyd etmək istərdim.
Ümidvaram ki, Sizin rəhbərliyinizlə Beynəlxalq Valyuta Fondu qlobal maliyyə-iqtisadi və valyuta sisteminin idarə edilməsi ilə bağlı qarşısında duran məsul vəzifələrin öhdəsindən layiqincə gələrək, beynəlxalq maliyyə əməkdaşlığının möhkəmləndirilməsinə töhfələr verəcəkdir.
Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 sentyabr 2019-cu il.

Məktublar 2019-09-27 17:59:00