×
A
A
A
Sazlamalar

Minskdə “MDB iştirakçı dövlətlərinin qan donorluğu və onun komponentlərinin inkişafı üzrə əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC 

Minskdə “MDB iştirakçı dövlətlərinin qan donorluğu və onun komponentlərinin inkişafı üzrə əməkdaşlığı” mövzusunda dəyirmi masa keçirilib.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dəyirmi masanın işində Azərbaycan, Belarus, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, Ukraynanın nümayəndələri, MDB İcraiyyə Komitəsinin, Dünya Səhiyyə Təşkilatının, Belarus Respublikası Milli Məclisi Nümayəndələr Palatasının və Belarus Qırmızı Xaç Cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
İştirakçılar normativ hüquqi bazanın təkmilləşdirilməsi və milli qan mərkəzlərinin təşkilati strukturları, habelə yeni texnologiyaların tətbiqi və qan komponentlərinin təhlükəsizliyinin artırılması üzrə qabaqcıl təcrübə sahəsində mübadilə aparıblar.
Dəyirmi masada MDB iştirakçı dövlətlərinin könüllü və təmənnasız qan donorluğunun, onun komponentlərinin inkişafı məsələləri üzrə aktual istiqamətlərdə əməkdaşlığı, qan xidmətlərinin fəaliyyətinin təşkilinə yanaşmalar, donor qanı və onun komponentlərindən dərman vasitələrinin istehsalı ətrafında da fikir mübadiləsi aparılıb.

Səhiyyə 2019-09-27 15:47:00