×
A
A
A
Sazlamalar

Otorinolarinqoloqların Beynəlxalq konqresində muğam ifaçılarının səsi və səs problemlərindən danışılıb

Bak, 27 sentyabr, AZƏRTAC

İstanbulda Türkiyə Səs Danışma və Udma Pozğunluqları Dərnəyi, Peşəkar Səs Dərnəyi, Dil və Danışma Terapevtləri Dərnəyi və Medipol Universitetinin təşkilatçılığı ilə səs problemləri ilə məşğul olan otorinolarinqoloqları, dil və danışıq terapevtləri, səs təlimçilərini və səs sənətçilərinin iştirakı ilə “İstanbulun səsi” multidissiplinar konqresi keçirilib.
Konqresdə ölkəmizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu otorinolarinqologiya kafedrasının dosenti Ramil Həşimli və Azərbaycan Milli Konservatoriyasının doktorantı, vokal pedaqoqu Aleksandria Sultan von Bruseldorff təmsil ediblər.
İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, konqresdə onların Azərbaycan muğamı barədə məruzələrini dinləyən otorinolarinqoloq, foniatr, vokal pedaqoqları, səs və nitq patoloqları ölkəmizin peşəkar muğam ifaçıları ilə aparılan tədqiqatlara, milli musiqi ifaçılarının səsi və səs problemlərinin araşdırılmasına ciddi ehtiyac olduğunu bildiriblər.

Səhiyyə 2019-09-27 10:59:00