×
A
A
A
Sazlamalar

Elm və təhsil radikalizmlə mübarizədə ən güclü silahdır

Bakı, 26 sentyabr, AZƏRTAC 

Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Balakən Humanitar və Texniki Təmayüllü Liseydə “Dini radikalizmə qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.
DQİDK-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edənlər dini radikalizmin cəmiyyətə, xüsusilə gənclərə mənfi təsirindən bəhs ediblər. Bu gün radikalizmlə mübarizədə ən güclü silahın məhz elm və təhsil olduğu, təhsilli gənclərin radikal qrupların təsiri altına düşməsinin mümkün olmadığı vurğulanıb. Bildirilib ki, radikal dini qruplarla mübarizə dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici ədəbiyyat paylanılıb.

Din 2019-09-26 19:07:00