×
A
A
A
Sazlamalar

Bakıda meymun tərəfindən dişlənilən Britaniya vətəndaşı ambulator müalicə alır

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də paytaxtda Böyük Britaniya vətəndaşını meymun dişləyib. Saat 21:11-də 58 yaşlı britaniyalı sol saidin dişlənmiş yarası diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həkimlər onu 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) çatdırıblar.
KTM-dən aldığımız məlumata görə, Böyük Britaniya vətəndaşının yarası işləndikdən sonra ona zərdab vurulub. Hazırda ambulator müalicə alır. Yaralı həkimlərə meymun tərəfindən dişləndiyini bildirib.

Səhiyyə 2019-09-26 12:38:00