×
A
A
A
Sazlamalar

Mahnı Teatrında gənc ifaçıların konserti olub

Bakı, 25 avqust, AZƏRTAC

Sentyabrın 25-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Könül nəğmələri” adlı konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə gənc solistlər - Səbinə Ərəbli, Nadir Qafarzadə, Zaur Əmiraslanov, Rövşən Əziz, İlkin Fuadoğlu, Rövşən Qəhrəmanov, Səbinə Babayeva, Kənan Qədimov, Lalə Məmmədova, Pərviz Verdiyev, Aynur İsgəndərli və Könül Məmmədli çıxış ediblər. Solistləri Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edib. Konsert çərçivəsində bəstəkar və xalq mahnıları da ifa olunub.

Musiqi 2019-09-25 21:16:00