×
A
A
A
Sazlamalar

Ukrayna Uşaq Kardioloji Mərkəzinin nümayəndələri Tibb Universitetinin klinikasında yaradılan şəraitlə tanış olublar

Bakı, 25 sentyabr, AZƏRTAC 

Ukrayna Uşaq Kardioloji Mərkəzinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qonağı olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar klinikanın şöbələri, burada yaradılan şəraitlə yaxından tanış olublar. Həmçinin klinikanın nəzdində tələbələr üçün yaradılan Treninq Mərkəzini ziyarət ediblər, burada həyata keçirilən layihələr haqqında da geniş məlumatlandırılıblar. Klinikanın direktoru, professor Surxay Hadıyev Tədris Cərrahiyyə Klinikasının universitet xəstəxanası olaraq məqsəd və hədəfləri, istər sağlıq, istərsə də elm-tədris istiqamətindəki fəaliyyəti haqqında, son vaxtlar əldə olunan uğurlar, gələcəkdə nəzərdə tutulan planlar barədə qonaqlara geniş məlumat verib.
Qeyd edək ki, görüşdə klinikanın baş həkimi, professor Ramiz Poluxov, II mamalıq-ginekologiya kafedrasının müdiri, professor Hicran Bağırova və klinikanın pediatrik-invaziv kardioloqu Elşən Rzayev iştirak ediblər.

Səhiyyə 2019-09-25 12:08:00