×
A
A
A
Sazlamalar

“WorldFood Moscow 2019”da Azərbaycan sahibkarları məhsul ixracına dair müzakirələr aparacaqlar

Bakı, 24 sentyabr, AZƏRTAC

Rusiya Federasiyasının paytaxtında “Worldfood Moscow 2019” Beynəlxalq Ərzaq Sərgisi açılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sərgidə 33 Azərbaycan şirkətinin istehsalı olan qida məhsulları, şərab və digər spirtli içkilər “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.
Sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr də aparacaqlar.
“Worldfood Moscow 2019” sərgisi sentyabrın 27-dək davam edəcək.

 

Sərgilər 2019-09-24 18:58:00