×
A
A
A
Sazlamalar

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ölkələrindən ən çox Türkiyəyə məhsul ixrac edib

Bakı, 24 sentyabr, AZƏRTAC

Bu ilin 8 ayında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, Əfqanıstan və Misir qərarlaşıb. Türkiyəyə ixracın dəyəri 1 milyard 739 milyon 92 min dollar, Əfqanıstana 64 milyon 569 min dollar, Misirə isə 39 milyon 995 min dollar təşkil edib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, hər üç ölkəyə məhsul ixracımız artıb. Belə ki, ötən ilin yanvar-avqust aylarına nisbətən ixracın dəyəri Türkiyəyə 655 milyon 734 min dollar, Əfqanıstana 11 milyon 932 min dollar, Misirə isə 38 milyon 826 min dollar artıb.
Qeyd edək ki, faiz göstəricinə görə Misirə ixracın dəyərində ən çox artım müşahidə olunub.

 

İqtisadiyyat 2019-09-24 13:48:00