×
A
A
A
Sazlamalar

İstanbulda 4.6 bal gücündə zəlzələ olub

İstanbul, 24 sentyabr, AZƏRTAC 

İstanbulda 4.6 bal gücündə zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 11.01-də meydana gələn yeraltı təkanların ocağının yerin 9.8 kilometr dərinliyində olduğu bildirilir.
Zəlzələ ətraf bölgələrdə də hiss edilib.
Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2019-09-24 12:41:00