×
A
A
A
Sazlamalar

Miqrasiya könüllülərinin “Gənclik inkişaf forumu” layihəsi reallaşıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakı Gənclər Mərkəzində Miqrasiya könüllülərinin yeni layihəsi - “Gənclik inkişaf forumu”na start verilib.
Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forum gəncləri bir araya gətirmək, onları maraqlandıran məsələlərin həlli yollarını birlikdə araşdırmaq, sual-cavab, fərqli yanaşmaların müsbət-mənfi tərəflərinin, müxtəlif uğur hekayələrinin təhlili, fikir mübadiləsi və sair açıq müzakirələr yolu ilə fərdi inkişafın təmin olunması və ümumi nəticələrin əldə edilməsinə nail olmaq məqsədi daşıyır.
Forumun ilk qonağı DMX-nin rəisi Vüsal Hüseynov olub. Xidmət rəisi əvvəlcə ulu öndər Heydər Əliyevin Mərkəzdəki abidəsini ziyarət edib, ruhuna hörmət və ehtiramını bildirib.
Vüsal Hüseynov, həmçinin Miqrasiya Könüllüləri ilə birgə Bakı Gənclər Mərkəzi ilə tanış olub.
Xidmət rəisi forumda “Fərdi inkişaf strategiyaları” mövzusunda çıxış edib, gəncləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, layihə çərçivəsində gənclərin sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşləri təşkil olunur. İştirakçılar müəyyənləşdirilmiş mövzular ətrafında geniş müzakirələr aparmaq, təkliflər vermək, suallar ünvanlamaq, məlumat almaq imkanı qazanır, forumun qonaqları ilə daha yaxından tanış olurlar. Gənclərin forumda görmək istədikləri qonaqla bağlı təklifləri də nəzərə alınır.

Sosial 2019-09-24 12:16:00