×
A
A
A
Sazlamalar

Binəqədi qəsəbəsində 9 evdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Bakı, 24 sentyabr, AZƏRTAC 

Paytaxt ərazisində silsilə oğurluqlar edən, əvvəllər məhkum olunmuş Bakı sakini Raci Meybullayev Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 43-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı həmin şəxsin Binəqədi qəsəbəsində 9 fərdi yaşayış evindən oğurluqlar etdiyi müəyyən olunub. Mənzillərdə heç kimin yaşamadığına əmin olandan sonra oğurluq edən R.Meybullayev əsasən məişət, qızıl-zinət əşyaları və pul oğurlayıb. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkmiş başqa vətəndaşlar varsa Binəqədi Rayon Polis İdarəsinə və ya 43-cü polis bölməsinə müraciət edə bilərlər.

 

Hadisə 2019-09-24 12:10:00

Video