×
A
A
A
Sazlamalar

Şamaxı rayonunda baş verən avtoqəzada yaralananın müalicəsi paytaxtın klinikasında davam etdirilir

Bakı, 24 sentyabr, AZƏRTAC

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəza nəticəsində xəsarət alan iki kişi (39, 31 yaş) kritik vəziyyətdə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Məlumata görə, ağır kəllə-beyin travması ilə xəstəxanaya gətirilən 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. Kritik vəziyyətdə olan digər yaralının vəziyyəti bir qədər stabilləşdirildikdən sonra onu paytaxtda yerləşən özəl klinikalardan birinə köçürmək qərarına gəliblər.
Yaralının müalicəsi hazırda özəl klinikada davam etdirilir.

 

Səhiyyə 2019-09-24 10:41:00