×
A
A
A
Sazlamalar

Sabirabad rayon sakininin evindən dörd kiloqrama yaxın marixuana götürülüb

Bakı, 23 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkədi kənd sakini V.Abbasovun yaşadığı evdən 3,9 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2019-09-23 19:17:00