×
A
A
A
Sazlamalar

Azərbaycan məhsulları “Worldfood Moscow 2019” sərgisində nümayiş olunacaq


Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan məhsulları “Worldfood Moscow 2019” sərgisində nümayiş etdiriləcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 24-də Moskvada “Worldfood Moscow 2019” beynəlxalq ərzaq sərgisi açılacaq. Sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunacaq.
Ümumilikdə isə “Worldfood Moscow 2019” sərgisində 65 ölkədən müxtəlif şirkətlərin iştirakı gözlənilir.
Qeyd edək ki, Azərbaycan artıq 3-cü ildir “Worldfood Moscow” sərgisində tərəfdaş ölkə kimi çıxış edir.

Sərgilər 2019-09-23 16:45:00