×
A
A
A
Sazlamalar

Səhiyyə Nazirliyi: Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir

Bakı, 23 sentyabr, AZƏRTAC

Hər il olduğu kimi bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir, mövsüm dəyişikliyi ilə əlaqədar tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur.

Səhiyyə 2019-09-23 15:55:00