×
A
A
A
Sazlamalar

Əczaçılıq məhsullarının idxalı azalıb

Bakı, 23 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında ölkəyə 8 min 886 ton əczaçılıq məhsulları idxal edilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, 8 ayda idxal edilən əczaçılıq məhsullarının dəyəri 176 milyon 829 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycana dəyəri 178 milyon 988 min dollarlıq 9 min 426 ton əczaçılıq məhsulları idxal edilib.

Səhiyyə 2019-09-23 12:14:00