×
A
A
A
Sazlamalar

Azərbaycana payız gəldi...

Bakı, 23 sentyabr, AZƏRTAC 

Bir neçə dəqiqə əvvəl Azərbaycana payız fəsli qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, sentyabrın 23-də yerli vaxtla saat 11:50-də gecə və gündüz bərabərliyi baş verib. Bu gündən etibarən gecələr uzanmağa, gündüzlər qısalmağa başlayacaq. Günəş Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.
Qış fəsli isə ölkəmizə dekabrın 22-də saat 08:19-da qədəm qoyacaq və həmin gün ən uzun gecə olacaq.

 

Elm və təhsil 2019-09-23 11:53:00